Parkinq "mafiyası" hücuma keçdi: AzParking əməkdaşları döyüldü - VİDEO

Bu gündən etibarən Bakı şəhəri üzrə parklanma qaydalarında yeniliklər tətbiq olunub. Belə ki, artıq vətəndaşlar AzParking mobil tətbiqindən istifadə etməklə parklama üçün online şəkildə ödənişlər edəcəklər. Lakin elə ilk gündən problemlər ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, ekspert Elməddin Muradlı sosial şəbəkə hesabında bu barədə məlumat verib. Ekspert bildirib ki, illərdir qanunsuz olaraq parklanma üçün ödənişlər alan "mafiya" bu gün bir neçə yerdə AzParking əməkdaşlarına hücum edib və onları döyüblər. Belə ki, əlillər və qazilərin adından istifadə edən bu şəxslər əməlli-başlı quldurluq edir. Hesablamalara görə aylıq ən azı 1 milyon manatdan çox gəlir əldə edən bu şəxslər yeni sistemə qarşı çıxaraq qanunsuz yollarla qazandıqları pulları itirmək istəmir. Ən maraqlısı isə bu işdə əlillər və qazilərin adından sui-istifadə hallarıdır. Polis bu şəxslərə qarşı mübarizə aparanda belə əlavə problemlər çıxır. Xüsusi "Whatsapp" qrupu vasitəsilə əlil və qazilər döyüş yoldaşlarının problemi olduğunu və yığışmaq "əmri" verilir. Heç nədən xəbəri olmayan qazilər isə bu işdə alət olduqlarının fərqinə varmırlar.
Ekspert bildirib ki, bu şəxslərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməlidir. Çünki hər ay dövlət büdcəsindən kənar pullar şəxsi cidəblərə gedir.
Yeni sistem isə şəffaflığı təmin etmək üçün yaradılıb. Odur ki, vətəndaşlar nağd olaraq kimlərəsə pul verməməli və bu şəxslərə qarşı mübarizədə aktiv iştirak etməlidir.
Ətraflı olaraq videomaterialda:
Leyla
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












