Paytaxtda internetin sürəti AZALDILIB? – RƏSMİ AÇIQLAMA

Son 10 gündə paytaxtda və ölkənin bəzi ərazilərində internetin sürəti xeyli zəifləyib. Bununla bağlı redaksiyamıza çoxsaylı müraciətlər daxil olub. Müraciətdə komkret ünvanlar da göstərilib.
Məsələn, paytaxtın Yasamal rayonu General Akim Abbasov küçəsi, Suraxanı rayonu Yeni Günəşli AB massivi, Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsi 234 və digər ünvanlardakı abonentlər son günlər internet sürətinin zəif olmasından şikayətlənirlər.
Nəzərə alaq ki, Bakıda çoxsaylı internet provayderləri fəaliyyət göstərir. Onların ən böyüyü isə “Bakı Telefon Rabitəsi” MMC-dir (BAKTELECOM).
Məsələ ilə bağlı “BAKTELECOM”la əlaqə saxladıq.
Qurumdan Bizim.Media-ya bildirilib ki, sözügedən ünvanlardakı xidməti ərazisində internetin təminatı istiqamətində kütləvi nasazlıq müşahidə olunmur:
“Ümumiyyətlə, şəbəkə daim nəzarətdə saxlanılır. Hər hansı bir dəyişiklik qeydə alınarsa, yaxud müraciət daxil olarsa, mütəxəssislər mövcud vəziyyətin araşdırılması istiqamətində işə başlayırlar.
Fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi mümkündür. Belə hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nəzarətə götürülərək aradan qaldırılır. Texniki problemlərlə qarşılaşdıqları halda “Baktelecom” abunəçilərindən “155” Çağrı Mərkəzinə müraciət etmələri xahiş olunur”.
Qurumdan o da bildirilib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib:
“Layihə çərçivəsində ümumilikdə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












