Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ

Son günlər sosial şəbəkələrdə videosu yayılan fenomen Elmin Mehdiyevin videoları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Onun möhkəm materialda metalı burması, əyməsi, əli ilə mismarı taxtaya vurması təqdirəlayiq addım kimi alqışlansa da, barmağı ilə qarpızı, yumruğu ilə su qablarını deşməsi tənqid edilib.
Avtosfer.az xəbər verir ki, Elmin Mehdiyevin qarpızı və içərisində içməli su olduğu ehtimal edilən qabları partlatması israfa gətirib çıxarır. Bəzi sosial şəbəkə istifadəçiləri hətta Elmir Mehdiyevin bu cür israfa yol verməsinə görə cərimələnməsini də təklif edib. Lakin qeyd edək ki, bu cür israf növünə görə qanunvericilikdə hansısa cərimə nəzərdə tutulmur. Bəs Elmin Mehdiyevin qarpız deşməsi, su qablarını partlatması israf sayıla bilərmi?
Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, əhləvanlıq institutu, yəni bir növ şou sahəsidir.

“Bəs bu sahənin cəmiyyətə faydası varmı? Bunu ancaq gərək şou kontekstində dəyərləndirək, yəni bu insanlara bir adi şoumen kimi baxmaq lazımdır. Bu pəhlivanlıq məsələsi tam olaraq bir idman növü, döyüş növü deyil, özünümüdafiə sənəti deyil. Bu, sadəcə olaraq, bizim ənənəmizdə yer alan və dediyim kimi, tədbirlərdə, elə qədim zamanlarından bu yana, Novruz şənliklərində və s. ortada şou göstərən insanlardır. Yəni, bu şou xarakterli bir köşədir və bunun istehsal etdiyi dəyər də məhz şou dəyəri ilə ölçülməlidir. Yəni baxış cəlb edə bilirmi? Cəmiyyət maraqla seyr eləmək istəyirmi bu insanları? Bu baxımdan diqqət etsək, deyə bilərik ki, pəhləvanlar müəyyən mənada bəli, onların cəmiyyətə faydası var bir şoumen kimi.
Hə, əgər soruşsaz ki, ümumiyyətlə, şoumenlərin cəmiyyətə faydası nədir? Bu, artıq tamamilə ayrı mövzudur. Yəni, bu məsələyə bir idmancı kontekstində baxsaq, bu bir idman deyil. Amma şoumenlik kimi təsnif eləsək, onda işin bir dəyər forması ortaya çıxır.
Amma israfa gəldikdə isə, sırf orada bidon, 5 litrlik su butulkasının deşilməsi, qarpızın deşilməsi, bu da yenə pəhləvanlıq kontekstində baxılanda bu tip şeylər həmişə edilib. Qarpızda partladıblar, meyvə, əziblər və yaxud da əli ilə bir dəfəyə bir neçə qoz sındırmaq və s. bu kimi şeylər həmişə olub və ortada müəyyən kiçik miqdarlarla ölçülən israflar da olub.
Amma mən burada israf məsələsinə yanaşası olsam, məsələyə bir israf kontekstindən baxsam, düşünərdim ki, o qədər də aktual olmayan məsələdir. Yəni, daha böyük və miqdarı bu pəhləvanın etdiyi israfdan nə iki minlərlə, yüz minlərlə dəfə artıq ölçülən-ölçülən israflar var. Marketlərdə israf olan, tullanılan qida və ərzaq məhsullarından söhbət gedir və bu, hansısa bir marketə xas davranış deyil. Demək ola ki, bütün marketlərdə çox ciddi qida israfları var. Yəni, məhsulların son istifadə tarixinə az qalmış olmağına baxmayaraq, yenə də vitrində bu mallar saxlanılır, endirimə qoyulmur. Qoyulanda da 10-15% endirim eləyirlər, yenə də daha çox qazanmaq məqsədilə belə əməllər törədilir.
Mən düşünürəm ki, bu, daha böyük sosial xarakterli israfdır və sosial cəmiyyətə təsiri də, sosial aspektdən baxanda daha böyükdür, nəinki o, pəhləvanın deşdiyi 2 dənə qarpız.
Yəni, pəhləvanın orada şou xarakterli 2 qarpız deşərək israfa yol verildiyi deyilir, amma hər gün hər market zənzirinin hər filialında bəlkə 5-10-20 ədəd hər gün qarpız sırf qalır, tullanılır, xarab olur. Əsas məsələ budur. Yəni, marketlərdəki israfın, restoranlardakı israfın önünə keçmək lazımdır ki, bu, kütləvi xarakterli israfdır və düşünürəm ki, cəmiyyətə zərəri daha böyüdür”.
Səfər
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT










