Nazir müavininin kürəkəni də həbs olundu – Fond istintaqında YENİ GƏLİŞMƏ

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan fond istintaqının dördüncü əməliyyat dalğasında məhkəməyə çıxarılan 13 şübhəlidən 4-ü həbs olunub.
Avtosfer.az xəbər verir ki, həbs edilənlər arasında Türkiyənin Xəzinə və Maliyyə nazirinin müavini Osman Çelikin kürəkəni, Özata Denizcilik şirkətinin Direktorlar Şurasının üzvü İskəndər Balcı da var.
Digər 9 şübhəli barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.
İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan araşdırmanın dördüncü dalğasında saxlanılan 13 nəfər polis bölməsindəki prosedurları başa çatdıqdan sonra Çağlayandakı İstanbul Ədliyyəsinə gətirilib.
Prokurorluqda ifadələri alındıqdan sonra Özata Denizcilik İdarə Heyətinin üzvü Ali Çil, nazir müavini Osman Çelikin kürəkəni İskəndər Balcı, İsmət Öğüt və Adəm Karatepe həbs tələbi ilə məhkəməyə göndərilib. Növbətçi Sülh Cəza Hakimliyi onların həbs olunmasına qərar verib.
İstintaq çərçivəsində digər 9 şübhəlinin isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldığı bildirilib. Onların arasında Destek Yatırım Bankasının baş direktoru Özgür Akayoğlu, Özata Denizcilik rəsmisi Altuğ Kantarcı, Destek Faktoring rəsmisi Kerim Tosun və Mesut Altan da var.
Tuğba Hicran Ataseven, Duygu Somay, Nuray Elmastaş, Azize Binnur Tosun və Tolga Tuğtekin barəsində də müxtəlif məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
İstintaqın maliyyə istiqaməti çərçivəsində İstanbul Baş Prokurorluğu sentyabrın 17-də MASAK-dan Pusula Finans Holding AŞ, Tera Yatırım Menkul Değerler AŞ, Hedef Holding AŞ və Bulls Yatırım Menkul Değerler AŞ rəhbərləri və onların törəmə şirkətləri ilə bağlı maliyyə məlumatlarının təqdim edilməsini istəyib.
Prokurorluğun sorğusunda şirkət rəhbərlərinin şəxsiyyət məlumatlarının müəyyənləşdirilməsi, 2024-cü ildən etibarən həyata keçirilən xarici pul və kriptovalyuta köçürmələri, eləcə də hesablardakı pul daxilolmaları və xaricolmaları barədə məlumatların təqdim edilməsi tələb olunub.
İstintaqın əvvəlki mərhələlərində Tera Yatırım Holding, Tera Portföy, Pusula Holding və digər şirkətlərlə əlaqəli bir sıra rəhbər və vəzifəli şəxslər barəsində də həbs qərarları çıxarılıb.
Araşdırmanın davam etdiyi bildirilir.\\musavat.com
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO












