Piyadaları təhlükəyə atan səki - VİDEO
Bu səki Badamdar şosesində yerləşir: Qurd qapısından təxminən 300 metr yuxarıda, yanacaqdoldurma məntəqəsinə yaxın, solda, işıqfora çatmağa təxminən 50 addım qalmış.
Hörmətli oxucu soruşa bilər ki, nə üçün konkret ünvanı göstərmək əvəzinə, Şəki lətifəsindəki kimi danışırsan? Çünki məcburam: yolun təxminən 300 metrlik hissəsində heç bir ünvan göstəricisi yoxdur.
Bu yolda piyadalar üçün ən böyük problem keçmişdə avtomobil satış mərkəzi olan, hazırda boş qalmış binanın qarşısındakı hissədir. Videodan da göründüyü kimi, piyadanın qarşısına qəflətən 1 metrdən çox dərinliyi olan uçurum çıxır. Buradan yıxılan şəxsin xəsarət alması qaçınılmazdır.
Bu vəziyyəti görən piyadalar (o cümlədən bu sətirlərin müəllifi) məcburi şəkildə avtomobil yoluna çıxırlar. Yolun bu hissəsi eniş olduğundan nəqliyyatın da sürəti çoxdur. Vəziyyət həm piyadalar, həm də sürücülər üçün risklidir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












