Piyadaların həyatını heçə sayan ölkə - Oralar necədir? - VİDEO

"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Avtosfer.az "Baku TV"yə istinadla xəbər verir ki, bu dəfə Bakıdan 3 442 kilometr uzaqda, Aralıq dənizi sahilində yerləşən Tunis Respublikasının paytaxtı Tunisdən bəhs olunub.
Tarixi eramızdan əvvəl 814-cü ilə təsadüf edən, qədim finikiyalıların şəhəri sayılan və hazırda da qalıqları qorunan Karfagen bu müasir şəhərin yaxınlığında yerləşir.
Tunisli uşaqlar 6 yaşından məktəbə gedirlər. Dövlət məktəbləri pulsuz təhsil verir. Özəl məktəblərdə isə təhsil daha keyfiyyətlidir və hər sinifdə orta hesabla 20 şagird olur. Təhsil haqqı aya 70-350 dollar arasında dəyişir. Bu bizim pulla 119-595 manat edir.
Bu şəhərdə avtomobil idarə etmək üçün insanın əsəbləri poladdan olmalıdır. Yollarda nə piyada keçidi var, nə də piyada zolağı. Maşın yolundan keçmək üçün avtomobillərə əl ilə işarə edərək onları dayandırmaq lazım gəlir.
Tunisdə başı hicab ilə örtmək və ya avropalı kimi görünmək hər qadının öz arzusuna bağlıdır. Maraqlı məqamlardan biri isə odur ki, bəzən qadınlar ailə qurduqdan sonra ərlərinin istəyi ilə başlarını bağlayırlar. Bu kişini digər insanların yanında daha çox hörmətli edir. Amma bəzi qadınlar da ərləri bunu onlardan istəsə belə, həyat yoldaşlarına boyun əymirlər.
Tunisli qadınlar ərləri tərəfindən ailə münaqişəsi zamanı döyülsələr belə, polisə şikayət etmirlər. Cəmiyyətdə qatı dindar və müasir ailələrə rast gəlmək mümkündür. Hər iki tərəf öz ailə formatını daha doğru hesab edir.
Bu şəhərdə niqablı qadınlar dövlət müəssisələrində, ofislərdə çalışa bilməzlər. Bunun səbəbi isə terrorçuların çox vaxt niqabdan istifadə etmələridir.
Tunisdə müasir qadınlar da çoxdur. Onlar üzlərini gizlətmir, işləyir və həyatlarını istədikləri kimi yaşayırlar. Həyat yoldaşından boşanan qadınlar da ikinci dəfə ailə qura bilirlər.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










