Polis Akademiyasında beynəlxalq elmi-praktik konfrans keçirilib – FOTO

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və MDB iştirakçıları olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun təşkilatçılığı ilə “MDB iştirakçıları olan dövlətlərin səlahiyyətli orqanlarının ekspert-kriminalistik fəaliyyətinin aktual məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə MDB iştirakçıları olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büro, Rusiya Federasiyası, Özbəkistan, Belarus, Qazaxıstan, Tacikistan, Qırğız Respublikalarının kriminalistik-ekspertiza sahəsində çalışan mütəxəssisləri, DİN-in Polis Akademiyası, Kriminalistik Tədqiqatlar İdarəsi, Baş Prokurorluq, Ədliyyə Nazirliyin və digər qurumların nümayəndələri iştirak ediblər.
Konfransada MDB-yə üzv dövlətlərin beynəlxalq cinayətkarlıqla və cinayətkarların axtarışı ilə mübarizədə effektivliyi, informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərin istintaqında ekspert-kriminalistik fəaliyyət, məhkəmə ekspertizasının istiqamətləri üzrə məruzələr dinlənilib.
Yekunda mövzular ətrafında müzakirələr aparılıb.



Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO












