Polis Balakəndə əməliyyat keçirdi: 5 nəfər saxlanıldı

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb, 1 nəfər isə axtarılır. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Balakən şəhər sakini, 35 yaşlı Elşad Məsiyevin yaşadığı evə baxış keçirilib. Baxış zamanı ordan 13 ədəd kağız bükülüdə ümumi çəkisi 1,7 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı Elşad Məsiyev narkotik vasitəni Balakən şəhər sakini, 38 yaşlı Mətləb Yusubovdan aldığını bildirib. Tədbir zamanı Elşad Məsiyevin evində qonaq qismində olan Balakən şəhər sakinləri - 45 yaşlı Qəhraman Bayramov və 36 yaşlı Mətin Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0,5 qram heroin aşkar edilərək götürülüb.
Tədbirin davamı olaraq Elşad Məsiyevin narkotik vasitəni aldığı Mətləb Yusubovun yaşadığı evdən 0,7 qram heroin aşkar edilərək götürülüb.
Keçirilmiş digər tədbir zamanı rayonun Gərəkli kənd sakinləri 43 yaşlı Nurullah Kutlasovun yaşadığı evdən 7,3 qram, 33 yaşlı Elşad Mustafayevin yaşadığı evdən isə 41,4 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər üç fakt üzrə cinayət işi başlanılıb. Elşad Mustafayev istisna olmaqla digərləri şübhəli şəxs qismində saxlanılıb. Elşad Mustafayevin tutulması istiqamətində tədbirlər aparılır.
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?










