Polis COVID-19 şübhəli 200 min adamı axtarır

Çinin paytaxtı Pekində ötən gün 36 nəfərdə qeydə alınan COVID-19 yoluxmasından 34-ü virusun yeni ocağı hesab olunan “Sinfadi” topdansatış bazarı ilə əlaqəlidir.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi Pekinin bütün yaşayış məhəllələrində fövqəladə hazırlıq dərəcəsinin 2-ci səviyyəyə qaldırıldığını açıqlayıb. Asiyanın ən böyük ərzaq topdansatış bazarı olan “Sinfadi”də çalışan 8 min nəfər test edilib və tibbi nəzarət üçün xüsusi karantin yerlərinə yerləşdirilib. Paytaxtın Fentay və Haydien rayonlarında 90 mindən çox sakinin yaşadığı 21 məhəlləyə giriş-çıxış dayandırılıb. Səlahiyyətli qurumlar mayın 30-dan sonra “Sinfandi” bazarında olmuş təxminən 200 min adamın müəyyən edilərək tapılması üçün iş aparır.
Paytaxt ilə qonşu olan Xıbey vilayətində aşkarlanan 3 yoluxmanın da Pekindəki bazarla bağlı olduğu bildirilir. Yoluxma aşkarlanan və 10 milyon əhalisi Baodin şəhərində də güclü sanitar-epidemioloji nəzarət tədbirlərinin tətbiqinə başlanılıb. Bundan başqa, Liaonin və Siçuan vilayətlərində aşkarlanan bir neçə yoluxmanın da Pekindəki bazardan qaynaqlandığı məlum olub.
Qeyd edək ki, 56 günlük fasilədən sonra iyunun 11-də Pekində qeydə alınan ilk yoluxmanın və ardınca baş verən bir neçə yoluxma faktının “Sinfadi” bazarı ilə bağlı olduğu müəyyən edilib. Səlahiyyətli qurumlar “Sinfadi” ilə yanaşı Pekindəki kənd təsərrüfatı və ərzaq məhsullarının satıldığı topdansatış mərkəzlərini bağlayıb. COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasında məsuliyyətsizlik etdiklərinə görə paytaxtın Fentay rayonu rəhbərinin müavini, rayonun Huasian qəsəbəsinin partiya katibi və “Sinfadi” bazarının baş meneceri vəzifələrindən azad olunublar. (Modern.az)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












