Polis əməkdaşı gecə vətəndaşa zəng edib görün nə dedi: "Telefonu götürməsəydin səhərə kimi..."

Bakıda polis əməkdaşlarının etdiyi hərəkət gündəm olub. Avtosfer.az xəbər verir ki, bu barədə Emil Fərzəli adlı sosial şəbəkə istifadəçisi məlumat yayıb. O bildirir ki, avqustun 9-da, gecə saat 01:30 radələrində polis əməkdaşı tərəfindən ona zəng olunaraq avtomobilinə yaxınlaşmağı bildirilib: “Rövşən Abbasov adlı polis əməkdaşı şəxsi nömrəmə zəng edərək mənə məxsus olan avtomobilin yanına yaxınlaşmağımı xahiş etdi. Avtomobilə yaxınlaşan zaman ön şüşəni bağlamadığımın şahidi oldum.
Belə ki, yaşayış binasının qarşısında asayişimizin keşiyində duran polis əməkdaşı şəxsi mülkümə zərər dəyə biləcəyi üçün avtomlbilin önündə növbə tutaraq gözləyib və məni taparaq xəbərdar edib. Bundan əlavə polis əməkdaşı mənə "telefonu götürməsəydin səhərə kimi avtomobili qorumaq məcburiyyətində qalacaqdıq" dedi. Bu nəzakətli və qürurverici davranışına görə başda Daxili İşlər Nazirliyinin rəhbərliyi olmaqla bütün əməkdaşlara minnətdarlığımı bildirirəm. Serjant Abbasov Rövşənin xidməti borcunu yerinə yetirərkən atdığı addım polis nüfuzunun vətəndaş qarşısında yüksəlməsinə və polisə olan etimadın artmasına səbəbdir. Mənim əmlakımı bu cür qoruduğunuz üçün sizə minnətdaram” – deyə Emil Fərzəli bildirib.
Leyla
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA













