Polis "Range Rover"i saxladı, 48 kq narkotik götürüldü - ŞOK ƏMƏLİYYAT - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində fasiləsiz və məqsədyönlü mübarizə tədbirlərini davam etdirirlər.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Bəhruz Sərdarov saxlanılıb. Onun üzərinə baxış zamanı 15 qrama yaxın güclü təsirə malik narkotik vasitə olan heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Bəhruz Sərdarovun Yasamal rayonundakı evinə baxış zamanı oradan 12 kiloqram heroin, 1 kiloqram 645 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs izahatında külli miqdarda narkotik vasitəni paytaxt ərazisində yaşayan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. Baş İdarə əməkdaşları dərhal “isti” izlərlə adı çəkilən şəxsin axtarışlarına başlayıblar. Görülən tədbirlər nəticəsində həmin şəxs də qısa zamanda saxlanılıb. İstintaq sirri olduğu üçün adı açıqlanmayan həmin şəxsin üzərindən və avtomobilindən 1 kiloqram heroin, 503 qram metamfetamin, onun paytaxt ərazisində yaşadığı mənzildən isə əlavə olaraq 27 kiloqram 500 qram heroin, 4 kiloqram 500 qram metamfetamin, 1 kiloqram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri adı hələ ki, istintaqa məlum olmayan tanışının vasitəsi ilə bir neçə gün öncə Biləsuvar rayonunda əvvəlcədən gizlədilən yerdən satmaq üçün götürdüyünü bildirib.
Beləliklə Baş İdarə əməkdaşları tərəfindən keçirilən son əməliyyat nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 48 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin yayılmasının qarşısı alınıb.
Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.





İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














