Prezdent Rəşad Nəbiyevə yeni vəzifə verdi - SƏRƏNCAM

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının tərkibi dəyişib.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Komissiyanın yeni tərkibi aşağıdakı kimi olacaq:
Komissiyanın sədri:
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Komissiyanın əvvəlki tərkibi aşağıdakı kimi olub:
Komissiyanın sədri
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Komissiyanın üzvləri
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini[3]
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun direktoru
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












