Prezident haqsız rəqabətlə mübarizə aparılması barədə tapşırıqlar verib

Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində əsas tənzimləyici çərçivə olacaqdır. Sənəd beynəlxalq praktika elmi prinsiplər və mövcud iqtisadi şərait nəzərə alınmaqla hazırlanıb.
Avtosfer.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 5-də keçirilən iclasında deyib.
“Məcəllə layihəsi rəqabət mühitinin inkişaf etdirilməsi və institusional bazanın möhkəmləndirilməsi istiqamətində inhisarlaşma meyllərinin iqtisadi fəaliyyətə və dövlət büdcəsinə təsirlərinin aradan qaldırılmasına imkan verən əhatəli bir hüquqi çərçivə yaradır. Qanun layihəsi iqtisadi qanunauyğunluqlar çərçivəsində rəqabət neytrallığının təmin edilməsi, hökmran mövqe və bazar gücündən sui-istifadənin qarşısının alınmasına xidmət etməklə yanaşı, təsərrüfat subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına, rəqabət mühitinin qorunmasına və inkişaf etdirilməsinə xidmət edəcək.
Müşahidələr göstərir ki, azad biznes mühiti inkişaf etdikcə, iqtisadi tərəqqi ilə birlikdə bazar uğursuzluqları, inhisarçılıq meylləri, qanundan kənar iqtisadi fəaliyyətin miqyası da genişlənir və iqtisadiyyat üçün bir sıra risklər meydana gəlir. Qanunvericilik bazası adekvat olmadığı hallarda bu risklər iqtisadi fəaliyyətin pozulmasına və inklüziv inkişafının ləngiməsinə səbəb olur. Bu riskləri neytrallaşdırmaq üçün dövlət tənzimlənmənin səmərəliliyinin artırılması prioritet olmalıdır”, - deyə M.Cabbarov qeyd edib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyev haqsız rəqabətin bizim üçün böyük yara olduğunu xüsusi qeyd edib və bununla mübarizə aparılması barədə tapşırıqlar verib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












