Prezident millinin futbolçularına "BYD" hədiyyə edib

Tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Özbəkistan millisinin futbolçularına avtomobil hədiyyə edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev göstəriş verib.
Prezidentin mətbuat xidməti milli üzvlərinə Çin istehsalı olan BYD avtomobilləri təqdim ediləcəyi barədə məlumat yayıb.
Bundan əlavə, özbək biznesmen Xurşid Turayev komandanın qapıçısına paytaxt Daşkənddə üç otaqlı mənzil verəcəyini vəd edib. Sahibkar bu barədə şəxsi instaqram hesabında bildirib.
Qeyd edək ki, Özbəkistan yığması DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində BƏƏ ilə heç-heçə (0:0) edib. Bu nəticə onların tarixdə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına şərait yaradıb. Komanda 18 xalla A qrupunda ikinci yerdədir.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











