Prokurorluq vətəndaşlara müraciət edib

Baş Prokurorluq plastik cərrahiyyə və digər estetik prosedurların keçirilməsinə dair tələblərlə bağlı vətəndaşlara müraciət edib.
Qurumun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedurların həkim təyinatı əsasında həyata keçirilməli olduğu vurğulanıb: "Bundan əvvəl həmin prosedurun şəxsin həyat və sağlamlığına təsirinə dair müayinəsi aparılmalıdır. Proseduru icra edən həkim pasiyentdən bu müayinənin aparılmasını tələb etməlidir.
Plastik cərrahiyyə əməliyyatı və ya digər estetik prosedur son zərurət halında həyata keçirilməli, hər bir şəxs üzrə keçirilmiş prosedurların uçotu aparılmalı, növbəti dəfə müraciət edildikdə əvvəlki prosedurlar barədə məlumat verilməli və həkim tərəfindən yoxlanılmalıdır.
Estetik proseduru həyata keçirən şəxsin müvafiq tibbi təhsili olmalı, həmçinin bu sahədə ixtisaslaşmalıdır.
Plastik cərrahiyyə əməliyyatını aparan şəxsin ali tibbi təhsili olmaqla yanaşı, bu sahədə ixtisaslaşmalıdır.
Ali tibbi təhsil almadan həkim və ya həkim-kosmetoloq adından istifadə etmək yolverilməzdir.
Plastik, rekonstruktiv və estetik əməliyyatlar ixtisaslaşmış həkim personalı tərəfindən həyata keçirilməli, həmin əməliyyatlar ümumi cərrahiyyə ixtisasına malik olan həkim və tibb personalı tərəfindən aparılmalıdır.
Plastik, rekonstruktiv və estetik əməliyyatlar aparılan klinikalarda reanimatologiya xidmətlərinin tələb olunduğu zaman bu xidməti göstərən personal olmalıdır.
Plastik cərrahiyyə əməliyyatı və digər prosedurlar zamanı ölkə ərazisinə gətirilən müxtəlif tərkibli kosmetoloji vasitə və preparatların daşınması və tətbiqi xüsusi rejim tələb edir. Onların yararlılıq sertifikatları olmayan, keyfiyyətsiz və ya aşağı keyfiyyətli bir sıra vasitələrin istifadəsi ağır nəticələrlər verə bilər.
Həkim tərəfindən plastik və estetik prosedurların həyata keçirilməsi zamanı xəstəlik vərəqəsi və xəstəlik tarixi haqqında qanunvericliyin tələblərinin yerinə yetirilməsi zəruridir.
İstənilən invaziv müdaxilə zamanı, yəni insan bədəninə müdaxilə zamanı tibb vərqələri açılması təmin edilməli və “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron sənəd formasında tərtib olunmalıdır".
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












