Qanımıza işləyən zəhər: Hər gün yandırıb ciyərimizə çəkirik

Tez-tez Bakı ətrafı qəsəbələrdə və kəndlərdə -Balaxanı, Zabrat, Hövsan və s. zibilliklərdə qalaqlanmış tullantıların yandırılması halları ilə qarşılaşırıq. Uzun müddət daşınmayan zibilliklər çox vaxt elə ərazi sakinləri tərəfindən yandırılır. Yandırılma prosesi zamanı ayrılan zərərli maddələr ətraf mühitə yayılır. Havaya qarışan tüstü, qoxu insan və digər canlı orqanizmlər üçün təhlükə mənbəyinə çevrilir.
Avtosfer.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyib ki, məişət tullantıların yandırılması qeyri-qanunidir: "Qanun icazə vermir ki, məişət tullantıları açıq havada yandırılsın. Tullantılar ancaq qapalı şəraitdə, xüsusi texnologiya ilə yandırıla bilər".
ETSN rəsmisi onu da bildirib ki, məişət tullantıları yanarkən kanserogen tipli, yəni zəhərli kimyəvi birləşmələr olmur: "Məişət tullantıları yandırılan zaman daha çox karbon qazı ayrılır. Bu tüstü ilə müşayiət olunur. Belə tüstü digərlərindən fərqli olaraq sadəcə insanda rahatsızlıq yaradır. Bu tüstünün insan orqanizmi üçün heç bir təhlükəsi yoxdur. Çünki yanan üzvi maddələrdir. Məişət tullantıları tamamilə və alovlu yanırsa, qısa bir müddətdə öz təsirini itirir. Tüstüləmə dövründə ayrılan karbon monoksidlər qıcıqlandırıcı təsirə malik olur".
Ekoloq Vaqif Əliyev isə qeyd edib ki, ilk baxışdan təhlükəsiz sayılan məişət tullantıları - polietilen paketlər, su qabları yandırılaraq məhv edildikdə tərkibindən dioksinlər, furanlar və befinillər ayrılır: "Onlar da kanserogen, terotegen, embiriogen xassəyə malikdir. Ən güclü zəhər isə tetraxlordibenzo-para-dioksindir. Oksigen olmadıqda bu birləşmələr asanca dioksinlərə çevrilə bilən befinillər sinfinə aid olur. Dioksinlər isə çox dayanıqlı ksenobiotiklərdir, yəni canlı orqanizmlər üçün arzuolunmaz maddələrdir".
"Onlar canlı orqanizmin hüceyrələrinin nüvəsinə asan nüfuz edir. Nüvənin daxilində bir tərəfdən hormonları, vitaminləri, və s. çox asan dağıdırlar, digər tərəfdən də kanserogenləri, neyrotoksiki zəhərləri aktivləşdirirlər. Hətta bir çox təhlükəsiz birləşmələri belə çox zəhərli birləşmələrə çevirirlər. Görünür, dioksinlərlə zəhərlənmiş orqanizmlərin təbiətin, fiziki, kimyəvi, bioloji stress təsirlərinə çox yüksək həssaslıq göstərməsi bununla izah olunur" - V.Əliyev əlavə edib.
Ekoloqun sözlərinə görə, kiçik dozalarla xroniki zəhərləndikdə insanlarda rahatsızlıq, iş qabiliyyətinin zəifləməsi, avitaminoz, immun zəifliyi, əsəb, psixi fəaliyyətin və reproduktiv funksiyaların pozulması müşahidə olunur.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












