"Qanlı göl”də vətəndaşlara qənim kəsilən dəstənin YENİ CİNAYƏTLƏRİ

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş A.Musayevin, A.Məmmədovun, N.Rəhimlinin və S.Ovçiyevin ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların noyabrın 14-dən 18-dək olan müddətdə “Qanlı Göl” adlanan ərazidə Bakı şəhər sakinləri Q.Nuriyevə, İ.İsmayılzadəyə, E.Hüseynova və Ordubad rayon sakini E.Əsgərliyə zor tətbiq edərək pul, qolbaq, qulaqcıq, gümüş boyunbağı almaları da müəyyən edilib.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə noyabrın 25-də “Qanlı göl” adlanan yaşayış sahəsində üç nəfərin Bakı şəhər sakini X.Dadaşovu döyməsi, baş nahiyəsinə butulka ilə vuraraq pulunu, mobil telefonunu və ayaqqabılarını alması barədə məlumat daxil olub.
Əlavə olaraq, noyabrın 26-da isə həmin yaşayış sahəsinin yaxınlığındakı meşə ərazisində dörd nəfərin bir əcnəbi vətəndaşı döyərək 100 manat pulunu və 1 500 manat dəyərində mobil telefonunu alması barədə məlumatlar daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Ucar rayon sakini A.Musayev, Yevlax rayon sakinləri A.Məmmədov, N.Rəhimli və Balakən rayon sakini S.Ovçiyev müəyyən edilərək saxlanılıb.
Ətraflarında aparılmış tədbirlərlə onların noyabrın 13-də Abşeron rayon sakini S.Xanlarovu, Bakı şəhər sakinləri A.Əzimovu və V.Nuriyevi döyüb onlardan quldurluq yolu ilə pul, gümüş boyunbağı, qolbaq, saat, mobil telefon, qulaqlıq və eynək almaları da müəyyən edilib.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










