Qara görə xüsusi texnikalar hazır vəziyyətə gətirilib - İcra hakimiyyəti

Şəmkirdə yağan qarla bağlı icra hakimiyyəti başçısının göstərişi ilə xüsusi komissiya yaradılıb, işçi heyəti gücləndirilmiş iş rejimində keçib, xüsusi texnika, qartəmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı hazırlanıb. Avtosfer.az bildirir ki, bunu açıqlamasında Şəmkir RİH Mətbuat Xidmətinin rəhbəri Elgün Seyidov deyib. Onun sözlərinə görə, dünən gecə satlarından etibarən sakinlərin istilik, qaz, işıq və içməli su ilə təchizatında fasilələrə yol verilməməsi ilə bağlı görülən qabaqlayıcı tədbirlər sayəsində rayon əhalisinin bu sahələrdə təminatında problemlər olmayıb: "Dünəndən etibarən yağan qarın yaradacağı çətinliklərin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə rayon ərazisində, xüsusilə də Yasamal aşırımında yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Məişət tullantılarının daşınması, sosial və xidmət obyektlərinin adi iş rejimində çalışması təmin edilib, körpələr evi-uşaq bağçaları, məktəblər, xəstəxana və rabitə müəssisələrinin işinə nəzarət artırılıb".
E.Seyidov əlavə edib ki, hazırda Şəmkir rayonu ərazisində sabit və yağıntısız hava şəraiti hökm sürür.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











