"Qara qutu"ların deşifrəsi qəzanın tam mənzərəsini ortaya qoyacaq - Nazir müavini

Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində iki saatlıq yaddaşa malik "qara qutu"lar aşkarlanıb və onların deşifrəsi zamanı hadisənin tam mənzərəsi ortaya çıxacaq.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Kazinform" agentliyinə müsahibəsində Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev deyib.
"Ekipajın iş saatları və gəminin texniki parametrlərinin araşdırılması hadisənin bütün mənzərəsi görməyə imkan verəcək”, - Lastaev bildirib.
O xatırladıb ki, "qara qutu"lar iki növə bölünür.
"Birincisi səs yazılarını, səsli ismarışları və ekipaj üzvləri arasında söhbətləri qeyd edir. Uçuş başlayan andan avtomatik olaraq bütün bu məlumatlar yazılır. İkinci isə təyyarənin texniki parametrlərini - mühərrikin sürəti, hidravlik təzyiq, aviasiya məlumatlarını qeydə alır".
Bundan əvvəl Qazaxıstan qəzaya uğrayan təyyarənin "qara qutu"larını Braziliyaya göndərib. "Qara qutu"lar Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) çatdırılacaq.
Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına uyğun olaraq, araşdırmanı aparan dövlət uçuş məlumat qeydedicilərinin oxunmasını təmin edir və qara qutuların oxunması və deşifrə edilməsi üçün ölkə seçimi barədə qərar qəbul edir.
Qazaxıstan bu konvensiyanı 1992-ci ildə ratifikasiya edib və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) üzvüdür.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












