Qarabağa səfər üçün portaldan icazə LƏĞV OLUNUR? – RƏSMİ

“Yolumuzqarabaga.az” portalı üzərindən icazə alaraq işğaldan azad olunan ərazilərə 2 gün səfər müddəti şəxsi minik avtomobili ilə edilən səfərlərə aiddir.
Avtosfer.az xəbər verir ki, bu sözləri “Axar.az”a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, hazırda da bu səfərlər sözügedən portal üzərindən həyata keçirilir:
“Avtobuslarla ziyarət xarakterli səfərlər zamanı vətəndaşlar eyni gündə yola düşdüyü avtobuslarla geri qayıtmalı olurdular. Ancaq indi – müntəzəm reyslər vasitəsilə səfər edənlər isə icazələri müddətində həmin ərazidə qala bilərlər. İşğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımız martın 1-dən müntəzəm reyslər üzrə biletləri yalnız “Biletim.az” portalı üzərindən əldə edə biləcəklər. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir”.
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “Yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edildiyi elan olunub.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












