Qaradağda qrunt suları yeraltı keçidi basıb; piyadaların işi çətinləşib - FOTO

Qaradağ rayonu Sahil qəsəbəsindəki magistralda yeraltı piyada keçidi olsa da, sakinlər istifadə edə bilmirlər. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, ilk baxışdan hansısa döyüş meydanındakı bunkeri xatırladan bu keçid Qaradağ rayonu, Sahil qəsəbəsində Bakı-Qazax magistralının altında yerləşən piyada keçididir. Sürətli avtomagistralın altında sakinlər üçün sadəcə iki keçid var, bu keçidlərin isə işıqlandırma sisteminin olmaması ilə yanaşı, içərisi su ilə dolu, baxımsız, antisanitar bir mənzərəsi var. Yağış və qrunt sularının keçidi basması səbəbindən buradan istifadə etmək qeyri-mümkündür. Nəticədə piyadalar avtomagistraldan keçməli olurlar, buna görə də yolun hərəkət hissəsində tez-tez avtoqəzalar baş verir və ağır sonluqla nəticələnir.
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq

















