Qaranlıqda yola çıxanlara DYP-dən ÇAĞIRIŞ - Səfərlərinizi günün işıqlı vaxtına planlaşdırın!

Ötən gündən başlayaraq yağan qar paytaxtın küçə və prospektlərində, eləcə də respublika əhəmiyyətli avtomobil yollarında yenidən bir sıra çətinliklər yaradıb. Hazırda intensiv yağan qarın axşama doğru donması proqnozlaşdırılır ki, bu da yollarda avtomobillərin sürüşmə ehtimalını dəfələrlə artırır.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, ehtimal olunan təhlükələri nəzərə alaraq, bir daha sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı və təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməmək xahiş olunur.
Səkilərin qardan təmizlənmədiyini əsas gətirərək avtomobil yoluna çıxan piyadalardan isə özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamaq, qarlı, buzlu yolda sürücülərə əlavə çətinliklər yaratmamaq, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etmək tələb olunur.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












