Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb

İyulun 4-də Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Nəzərli kəndində baş vermiş kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb.
Bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.
İstintaqla müəyyən olunub ki, insidentə iyulun 2-də Nəzərli və Vaxtanqisi kəndlərinin sakinləri arasında baş verən şifahi və fiziki qarşıdurma səbəb olub.
İyulun 4-də isə insidentin iştirakçıları digər şəxslərlə birgə dəmir və plastik çubuqlarla Nəzərli kəndinin mərkəzindəki kafeyə hücum ediblər və obyektin sahibinə qarşı zorakılığa yol veriblər.
Bu hərəkətə cavab olaraq elə həmin gün Nəzərli kəndindən olan şəxslər Vaxtanqisi kəndinin sakininə məxsus minik avtomobilini zədələyərək onu aşırıblar.
Faktla bağlı qrup halında xuliqanlıq və zorakılıq maddəsi üzrə istintaq tədbirləri davam etdirilir.
Saxlanılan şəxslərə qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət olunub. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












