Qarlı havada artan qəzalar: Sığorta şirkəti “yaxasını kənara çəkə” bilər? – AÇIQLAMA

"Qarlı hava şəraiti zamanı baş verən qəzalar zamanı avtomobilə dəyən zərərin sığorta şirkəti tərəfindən ödənilməsi və üçüncü şəxslər qarşısında yaranan öhdəliklərin yerinə yetirilməsi icbari sığorta qaydalarına əsasən tənzimlənir”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bunu deyib.
Ekspert əlverişsiz hava şəraitində baş verən qəzalar zamanı sürücülər tərəfindən yalnış bilinən məsələyə aydınlıq gətirib:
“Bəzi sürücülər hesab edirlər ki, qarlı və buzlu havada qəza baş verərsə, hər kəs öz avtomobilinin təmir xərclərini özü ödəməlidir. Lakin belə bir qanun mövcud deyil. Bu, illər öncə naməlum mənbədən yayılan yanlış məlumatdır və bəzi sürücülər hələ də buna inanırlar. Qarlı hava şəraitində qəzaların əksəriyyətinin qəsdən törədilmədiyi məlumdur. Lakin burada müəyyən qədər məsuliyyətsizlik də var. Sürücünün keyfiyyətsiz avtomobil təkərindən istifadə etməsi, onun kifayət qədər sürücülük təcrübəsinə malik olmadan yola çıxması və ya yol şəraitinə uyğun olmayan sürətlə hərəkət etməsi qəzanın baş vermə riskini artırır. Nəticədə bu sürücülər başqalarına ziyan vururlar, lakin dəymiş zərəri sığorta ödədiyi üçün özləri birbaşa maliyyə itkisi yaşamırlar. Belə olan halda nəyə görə sürücülər qanunun onlara verdiyi hüquqlardan istifadə etmirlər və hər kəs öz avtomobilini öz hesabına təmir etdirmək üçün əlavə xərc çəkir?”.
E.Muradlı qəzalar zamanı yalnız maddi yox, fiziki zərərlərə də sığorta ödənişi tətbiq olunduğunu vurğulayıb. O bildirib ki, qarlı hava şəraitində baş verən qəza ölüm ilə nəticələnibsə, sığorta şirkəti zərərçəkən şəxsə kompensasiya ödəyir. Həmçinin, zərərçəkmiş tərəf məhkəməyə müraciət edərək günahkar şəxsin əlavə kompensasiya ödəməsini tələb edə bilər.
Qeyd edək ki, Bakıda qarlı hava şəraiti ilə əlaqədər indiyə qədər 45 qəza baş verib. Yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə, texniki nasaz avtomobillərin yolda qalması sıxlıqların yaranmasına səbəb olub. (Today.press)
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












