Qazaxıstan COVID-19 ilə bağlı məhdudiyyətləri iyulun sonuna qədər uzadacaq

Qazaxıstanda koronavirusa yoluxma hallarının artması səbəbindən tətbiq edilən karantin rejimi ilə bağlı məhdudiyyətlər daha iki həftə - iyulun sonunadək artırılacaq.
Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib.
Daha əvvəl Qazaxıstan hökumətinin mətbuat xidməti ölkədə epidemioloji vəziyyətin ağırlaşması və koronavirusa yoluxma hallarının artması nəzərə alınmaqla, iyulun 5-dən etibarən respublikada müddəti uzadılma ehtimalı ilə ikihəftəlik karantin rejimi tətbiq edildiyini bildirmişdi.
“Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar karantin rejimi daha iki həftə - iyulun sonuna qədər uzadılacaq. Sabah hökumət komissiyası qərar verəcək. Karantin vətəndaşların sərt özünümüdafiə tədbirlərinə riayət etməsi halında onların sağlamlığını qorumaq üçün lazımdır”, - Tokayev deyib.
Qeyd edək ki, respublikada koronavirusa yoluxanların ümumi sayı 59,8 min nəfərdən çoxdur. Sağalan xəstələrin sayı isə 34 mindən çoxdur. Ölkədə koronavirusdan 375 ölüm hadisəsi qeydə alınıb. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












