Qazaxıstanın Kurık limanı yükdaşımalar üzrə yeni rekorda imza atıb

Bu ilin mayında Qazaxıstanın Kurık limanı fəaliyyətə başlayandan bəri aylıq yükdaşıma üzrə rekord göstəricilərə nail olub.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, yükdaşıma həcm 267 min ton təşkil edib ki, bu da 2023-cü ilin iyun ayının əvvəlki rekordundan (251 min ton) 7 faiz çoxdur.
İxrac strukturunda ən çox arpa olmaqla dənli bitkilər, neft məhsulları (mazut) və kimya məhsulları üstünlük təşkil edib.
Kurık limanı Xəzər dənizinin şərq sahilində, Aktau limanının cənubunda yerləşir və təbii buxtada, yükləmə-boşaltma əməliyyatları, xüsusən də vaqonların açılıb-qoşulması əməliyyatları üçün daha əlverişli hava şəraitini təmin edən körfəzdə yerləşir.
Bərə kompleksində taxıl, neft məhsulları, gübrələr, kimyəvi maddələr və digər növ yüklərin aşırılması əməliyyatları həyata keçirilir.
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib












