Qənirə Paşayevanın vəziyyəti daha da ağırlaşdı - Aparata qoşdular - VİDEO - YENİLƏNİB

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın həmkarları Mərkəzi Klinikaya gəliblər.
Baku TV-nin klinikadan canlı yayımını təqdim edirik:
***
Komaya düşən millət vəkili Qənirə Paşayevanın vəziyyəti daha da pisləşib.
***
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat Vüqar İskəndərov da Qənirə Paşayevanın səhhəti ilə bağlı açıqlama verib.
O, sosial şəbəkə hesabında "Həkimlərin dediyinə görə təzyiqində normallaşma prosesi var. 48 saatlıq etapı keçsə daha da yaxşı olacaq. Amma belə vəziyyəti ağır olaraq qalır", - deyə bildirib
***
Avtosfer.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub.
İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem saxladığı pəhrizlə bağlı qəbul etdiyi dərmanlarla bağlı olduğu bildirilir.
***
Deputatın əmisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev Manset.az-a açıqlamasında qardaşı qızının səhhətində problem yarandığını təsdiqləyib: "Biz bilmirik Qənirənin səhhətində niyə problem yaranıb. Heç həkimlər də baş açmırlar. Dünən gecə birdən-birə halı pisləşib, Mərkəzi Klinikadadır. Xaricdən həkimlər də gəlib. Allaha dua edirik!"
***
Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
RTV-nin əldə etdiyi məlumata görə, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.
Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.


Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










