Qənirə Paşayeva Qazax Milli Sənət Akademiyasının medalı ilə təltif olunub - FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Temirbek Jurgenov adına Qazax Milli Sənət Akademiyasının medalı ilə təltif olunub.
Akademiyanın qızıl medalını təqdim edən rektor, Qazaxıstanın Əməkdar xadimi, “Hörmət" ordeni kavaleri Əzəmət Satıbaldı Q.Paşayevanın mədəniyyət, incəsənət sahəsində mütəxəssislərin hazırlanması, gənc istedadların üzə çıxarılması, onlara qayğı göstərilməsi sahəsində göstərmiş olduğu xidmətlərdən, eləcə də, qardaş ölkələrimiz arasında mədəni əməkdaşlığa verdiyi töhfələrdən söz açıb. Bu təltifə görə şərəf və eyni zamanda məsuliyyət duyduğunu söyləyən Q.Paşayeva, nəcib diqqət, təltif və etimada görə, rektora, akademiyanın kollektivinə öz minnətdarlığını bildirib.
Q.Paşayeva Xudafərin körpüsünün əks olunduğu dekorativ tətbiqi sənət əsərini rektora hədiyyə edib, habelə müəllifi olduğu “Qardaş ölkəm Qazaxıstan” kitabını, qazaxca çıxmış – həmmüəllifi olduğu kitablarını imzalayıb. Komitə sədri Akademiya rəhbərliyini Azərbaycana səfərə dəvət edib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












