Qobustanda yağan leysan yağışlar bir sıra fəsadlar törədib - FOTO
Gündəm
15 İyul 2020 12:40

Dünən günün ikinci yarısında Qobustan rayonunda yağan leysan yağışları bir sıra fəsadlar törədib. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, leysan nəticəsində yaranan sel suları əsasən Xilmilli, Yekəxana, Bədəlli və Təsi kəndlərinə ziyan yetirib. Belə ki, Xilmilli kəndində 27 evin, Yekəxanada 24, Bədəllidə 3, Təsidə isə 1 evin və marketin zirzəmilərinə və köməkçi tikililərə sel suları dolub. Sel suları, habelə Qobustan rayonu ərazisindəki Acıdərə adlanan yerdə türk şəhidliyinin mühafizə hasarına və yaşıllığına da ziyan vurub.
Hazırda xüsusi komissiya kəndlərdə dəyən zərəri müəyyənləşdirir, fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.




Oxunub : 994
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 17:56
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
28 Noyabr 2026 15:45
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
ŞƏRH YAZ












