Leysan yağdı; Quba-Xınalıq yolu bağlandı -FOTO-VİDEO
Gündəm
13 İyul 2020 23:59

Günün ikinci yarısından sonra başlayan güclü leysan yağışı Quba rayonunun Bostankeş kəndində selə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, təbii fəlakət nəticəsində kəndə giriş-çıxış bağlanıb. 3 saat davam edən sel Bostankeş kəndinin 5 sakininə ziyan vurub, evlərin hasarlarını aşırıb.
Sahələrdə əkilən kartof sahələrini və arı yeşiklərini də sel aparıb. Quba-Bostankeş yolu hazırda bağlıdır. Əraziyə texnika göndərilməsi gözlənilir. Yağış yağmağa davam edir.
***
Qubanın Bostankeş və Xınalıq kəndlərinə gedən yolu palçıq və qaya parçaları bağlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı "Yol İstismarı İdarəsi" MMC-nin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, əraziyə baxış keçirilib: "Vəziyyətlə tanış olmuşuq. Hal-hazırda ərazidə olan texnika az da olsa bu istiqamətdə işləyir. Lakin, yolun açılması üçün daha çox və lazımi texnikanın cəlb olunması zaman tələb edir. Bu səbəbdən yolun açılması işinə səhər saatlarından başlanılacaq".


Oxunub : 1942
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 17:56
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
28 Noyabr 2026 15:45
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
27 Noyabr 2026 20:44
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
27 Noyabr 2026 19:30
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
27 Noyabr 2026 16:30
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
27 Noyabr 2026 15:41
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
27 Noyabr 2026 10:00
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
27 Noyabr 2026 08:30
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
26 Noyabr 2026 21:00
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
26 Noyabr 2026 18:35
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
26 Noyabr 2026 17:16
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
26 Noyabr 2026 17:00
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
ŞƏRH YAZ













