Quba-Xınalıq yolu bağlı olaraq qalır

Quba-Xınalıq yolunun güclü leysan və sel səbəbindən açılması hələ ki, mümkün olmayıb.
Rayonun Xınalıq kəndi və ətraf ərazilərinə dünən saat 17:00-dan yağan güclü leysan yağışları rayonla kəndi birləşdirən avtomobil yolunun bağlanmasına səbəb olub.
Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədovun verdiyi məlumata görə, yolun açılması üçün gətirilən texnikalar gün ərzində bir neçə dəfə yolu açmağa müvəffəq olsalar da güclü leysan yağışların yaratdığı sel yenidən yolu bağlayır: "Yolda texnika və işçi heyəti işləyir.
Yolun tam açılması yəqin ki, yağışdan sonra mümkün olacaq. Həmçinin Xınalıq kəndinə gələn içməli su borusunun Qudiyal çaydan keçən hissəsini sel suları zədələdiyindən kəndə içməli su gəlmir".
Qeyd edək ki, leysan yağışları rayonun Bostankeş və Qala-Xudat kəndlərində də evlərə, fərdi təsərrüfatlara və yol təsərrüfatına ciddi ziyan vurub. ("Report")
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












