Rafael Ağayev: "Hələ şou-biznesə keçmək fikrim yoxdur"

"Gələcəkdə "Survivor"dan təklif gəlsə, düşünərəm". Bu fikirləri Azərbaycan millisinin karateçisi Rafael Ağayev "Instagram" səhifəsində canlı yayımda izləyicilərdən birinin sualını cavablandırarkən deyib.
Titullu idmançı bildirib ki, indiki halda şou-biznesə keçməyi planlaşdırmır: "Pərviz Abdullayev karyerasını başa vururdu deyə ora gedib çıxdı. Çox ağıllı hərəkət etdi. Amma mənim hələ ki, şou-biznesə keçmək fikrim yoxdur. Məni düzgün başa düşün. Bu, Pərvizə söz atmaq deyil. Çünki onunla tonla çörək kəsmişəm, yoldaşlıq edirəm".
Ağayev daha çox karyerasını düşündüyünü söyləyib: "Mənim olimpiya medalım yoxdur. Ona əlim dəyməyib, bu mükafata acam. Bu gün əsas istəyim həmin medalı qazanmaqdır. Amma karyeramın sonunda təklif olsa, iştirak edərəm. Bundan başqa, Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm. Çünki özümü orada görür, hiss edirəm". ("Report")
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












