Ramil Usubov Sergey Şoyqu ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov 2025-ci il noyabrın 5-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB-nin iştirakçısı olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin on üçüncü görüşündə iştirak edib. Bu barədə Avtosfer.az-a Azərbaycan Respublikası Təhlükəsizlik Şurasından məlumat verilib.
“Rusiya və MDB xalqları” beynəlxalq festivalı çərçivəsində keçirilən görüşdə Müstəqil Dövlətlər Birliyi məkanında təhlükəsizliyin möhkəmləndirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunması, radikal ideologiyaya qarşı mübarizə, humanitar sahədə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin beynəlxalq və regional sabitliyin təmini məsələləri müzakirə olunub.
Görüşdə çıxış edən Ramil Usubov qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi, müzakirə olunan məsələlərlə bağlı ölkəmizdə görülən işlər, həmçinin Azərbaycanın Cənubi Qafqazda sülhün və inkişafın bərqərar olunması sahəsində həyata keçirdiyi tədbirlər haqqında iştirakçılara ətraflı məlumat verib. Tədbir çərçivəsində Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında ikitərəfli görüş keçirilib. Görüşdə regional təhlükəsizliyin təmin olunması üzrə birgə fəaliyyətlə bağlı məsələlər və hər iki ölkənin rəhbərlərinin görüşləri çərçivəsində müəyyən edilən prioritetlər nəzərə alınmaqla əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?












