Ramil Usubov: “Sülh müqaviləsini imzalamaq indi daha çox Ermənistana lazımdır”

“Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün Ermənistanı daha böyük itkilərə yaxınlaşdırır”.
Bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edib.
Onun sözlərinə görə, tarixə qovuşmuş “Dağlıq Qarabağ münaqişəsi”nin ən böyük ziyanını elə erməni xalqı, Ermənistan Respublikası çəkdi və hələ də çəkir:
“Avantürist rəhbərlər onu böyük məhrumiyyətlərə, dərin böhrana məhkum etdi. Siyasi xaos, iqtisadi və sosial tənəzzül, korrupsiyalaşmış dövlət aparatı, darmadağın edilən ordu və utancverici məğlubiyyət, nəhayət, vətəndaş qarşıdurması, xaricə kütləvi miqrasiya və erməni xalqının faciələrini əks etdirən digər belə amillər Ermənistanın artıq geriyədönməz son iflas astanasında olduğunu göstərir. Erməni ictimaiyyətində öz həyatlarında yeni səhifə açmaqla bağlı çağırışların kütləviləşməsi ümid yaradır ki, bu ölkə sülh müqaviləsinin təcili imzalanmasına səmimi çalışacaq”.
O, bir mühüm məqama da toxunub: “Sülh müqaviləsinin imzalanmasına qədər itirilən hər gün bu ölkəni daha böyük itkilərə yaxınlaşdırır. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesini yekunlaşdırmaq, sülh müqaviləsini imzalamaq indi daha çox Ermənistana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edib, sərhədlərimiz bütünlüklə nəzarətə götürülüb, qarşı tərəfdən ölkəmizə təhlükə yaradan strateji mövqelər hərtərəfli müşahidəmiz altındadır”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












