Rayonlar belə idarə olunacaq - Yeni model

Son dövrlər Azərbaycanda yerli icra hakimiyyətlərinin gələcəyi ilə bağlı müzakirələr intensivləşib. Xüsusilə struktur ixtisarları və kadr optimallaşdırılması fonunda bu institutun funksional zəruriliyi sual altına düşür. Məsələ təkcə ştatların azaldılması ilə məhdudlaşmır, baş verənlər daha çox idarəetmə modelinin yenilənməsi kontekstində qiymətləndirilir.
Avtosfer.az Metbuat.az-a istinadən xatırladır ki, son illərdə icra hakimiyyətlərinin əvvəlki geniş səlahiyyətləri mərhələli şəkildə məhdudlaşdırılıb. Bir sıra funksiyalar mərkəzi icra orqanlarına və ya publik hüquqi şəxslərə ötürülüb, xidmətlərin böyük hissəsi rəqəmsallaşdırılıb. Regional idarələrin yaradılması xüsusilə bölgələrdə yeni idarəetmə mexanizmi formalaşdırıb. ASAN xidmət modelinin tətbiqi ilə bu proses daha da sürətlənib. Nəticədə vətəndaş-məmur təması azalıb, operativlik artıb və yerli icra strukturlarının bir çox ənənəvi funksiyaları faktiki olaraq aktuallığını itirib.
Digər mühüm məqam ölkədə bələdiyyə institutunun mövcudluğudur. Yerli özünüidarəetmə prinsiplərinin gücləndirilməsi istiqamətində addımlar atıldığı bir dövrdə paralel idarəetmə mexanizmlərinin saxlanılması səmərəlilik baxımından məntiqli sayılmır. İcra hakimiyyətlərinin səlahiyyətlərinin daha aydın şəkildə bölüşdürülməsi və ya onların funksiyalarının digər qurumlara inteqrasiyası idarəetmədə çevikliyi artıra bilər. Bununla həm də yerlərdəki sosial narazılığı müəyyən qədər azaltmaq mümkündür. Mövcud yerli idarəetmə modelindən, xüsusilə özlərini “kiçik padşah” kimi aparan icra başçılarından artan narazılıq fonunda daha radikal qərarların qəbulu təəccüblü sayılmamalıdır.
Bununla yanaşı, dövlət idarəçiliyində optimallaşdırma siyasəti də diqqət çəkir. Büdcə xərclərinin azaldılması, strukturun yığcamlaşdırılması və qərar qəbuletmə prosesinin mərkəzləşdirilməsi islahatların əsas xəttini təşkil edir. Bu baxımdan icra hakimiyyətlərinin ya tamamilə ləğvi, ya da yeni model əsasında transformasiyası mümkün ssenarilər kimi görünür. Müşahidəçilər işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan idarəetmə metodunu daha məqbul sayırlar.
Müzakirə olunan mümkün referendum və Konstitusiya dəyişiklikləri də bu proseslə dolayısı şəkildə əlaqələndirilir. Əgər əsas qanunda yerli idarəetmə mexanizmləri, icra hakimiyyəti institutunun statusu və ya mərkəzləşmə-desentralizasiya balansı ilə bağlı müddəalara yenidən baxılarsa, bu, struktur islahatlarına hüquqi baza yarada bilər. Yəni söhbət təkcə inzibati qərardan deyil, idarəetmə fəlsəfəsinin yenilənməsindən gedə bilər. Bu isə icra hakimiyyətlərinin gələcək taleyinin referendum müstəvisində də müzakirə predmeti ola biləcəyini göstərir.
Sonda qeyd etmək yerinə düşər ki, gedən prosesləri idarəetmə sisteminin modernləşdirilməsinə yönəlmiş ardıcıl islahatların tərkib hissəsi kimi dəyərləndirmək daha doğru olardı. Bunun hansı formada reallaşacağı isə siyasi qərarlardan və gələcək inzibati modeldən asılı olacaq. Görünən isə odur ki, idarəetmədə yeni dövr başlayır. Bu dəfə “kiçik padşah”lara ehtiyac yoxdur…
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS










