Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıb.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 8 Noyabr -Zəfər Günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün İstanbuldan Qarabağa yola düşüb.
Avtosfer.az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Ərdoğanı səfər zamanı həyat yoldaşı Əminə Ərdoğan da müşayiət edir.
Prezidenti Atatürk Hava Limanından Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İstanbul valisi Davut Gül yola salıblar.
Səfərdə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, AK Parti sədrinin müavini Kürşad Zorlu və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da müşayiət edirlər.
Türkiyə Prezidenti Zəfər Günü münasibətilə keçiriləcək hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyevləbirlikdə iştirak edəcək.
Səfər çərçivəsində iki dövlət başçısı arasında təkbətək görüş də keçiriləcək.
Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı tarixi qardaşlıq münasibətləri, əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi, həmçinin regional və qlobal məsələlər müzakirə olunacaq.
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
Azərbaycanın 30 illik suveren Vətən mübarizəsinin nəticəsi – 8 Noyabr ZƏFƏR GÜNÜ
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO












