"Azərbaycan jurnalistləri Zəfərin qazanılmasında rol oynayıblar" - Mətbuat Şurası

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, birliyinin və sarsılmaz mübarizə əzminin təntənəsidir.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının 8 Noyabr - Zəfər Günü münasibətilə yaydığı məlumatda qeyd olunub.
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının, milli həmrəyliyimizin, xalq-dövlət-ordu birliyinin parlaq təcəssümüdür. Bu möhtəşəm Qələbə, eyni zamanda, tarixi ədalətin bərpası istiqamətində Azərbaycan xalqının qətiyyətinin və sarsılmaz iradəsinin bütün dünyaya nümayişidir.
Qürur hissi ilə qeyd edirik ki, bu tarixi Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri də özünəməxsus rol oynayıblar. Sözün həqiqi mənasında, qələmlərini silaha çevirən, Vətən uğrunda hərbi əməliyyatlarda iştirak edən, şücaətləri ilə yüksək dövlət təltiflərinə layiq görülən həmkarlarımız var. Ümumilikdə, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi boyunca informasiya cəbhəsində yorulmadan mübarizə aparıb, dövlətimizin və xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, cəmiyyətdə yüksək mənəvi ruhun və qələbə əzminin qorunmasına mühüm töhfələr verib.
Müqəddəs Zəfərimiz gələcək nəsillərə ötürüləcək milli iradənin, vətənpərvərliyin və dövlətə sədaqətin əbədi örnəyidir. Bu böyük Qələbə naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir, torpaqlarımızın azadlığı uğrunda sağlamlıqlarını itirmiş qazilərimizə minnətdarlığımızı bildiririk.
Azərbaycan Mətbuat Şurası 8 Noyabr - Zəfər Günü münasibətilə xalqımızı və media ictimaiyyətinin nümayəndələrini ürəkdən təbrik edir.
Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun!", - deyə məlumatda qeyd olunub.
Şuşanın işğaldan azad olunmasından altı il ötür
Bakının bir sıra yollarında sürət həddi endirildi
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında - FOTO
Prezident Şuşada açılışda - FOTOLAR
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndində - FOTO - YENİLƏNİB
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
"Bakıda gündəlik 2800 avtobus xəttə çıxarılsa qarşıya qoyulan hədəfə çatmış sayılarıq"- AÇIQLAMA
Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO












