“Rusiya “Tramp marşrutu”nu əngəlləmək üçün iki ölkəni köməyə çağırdı”

“Rusiyanın Cənubi Qafqaz siyasəti barədə adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin danışır. O bu dəfə də Ermənistan və Azərbaycanla bağlı açıqlamalar verib”.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Rusiya rəsmisi Azərbaycanla bağlı söyləyib ki, Moskva və Bakı 2024-cü ilin dekabr ayında Aktau yaxınlığında baş verən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzası ilə bağlı bütün məsələləri həll ediblər. Cinayətkarların cəzalandırılması kimi məsələnin üzərində çox dayanmırlar, bəs, təyyarə qəzasında ölənlərin ailələrinə və yaralılara kompensasiya ödənildiyi barədə xəbərlər yayımlanıbmı?
Qaluzin açıqlamasında Bakıda “Rus Evi”nin yenidən fəaliyyətə başlaması gərəkliliyini də bildirib. “Azərbaycanda “Rus Evi”nin fəaliyyətinin yenidən bərpa olunması hər iki dövlətin və xalqın maraqlarına tamamilə cavab verərdi” deyən Qaluzin bu “ev”in bağlanmasının səbəblərini tez unudub. Aydındır ki, Qaluzin və digər rusiyalı diplomatlar azərbaycanlı həmkarlarıyla danışıqlarda bu məsələni daim qaldırırlar. Rusiyalı diplomat yaxın günlərdə xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya rəsmi səfər edəcəyini söyləyib. Görünür, Ceyhun Bayramovla görüşdə də “Rus Evi” məsələsi qaldırılacaq. “Rus Evi” yalnız Bakıda bağlanmayıb, başqa ölkələrdə bu “ev”in təxribatçı məqsədlərlə istifadə olunduğu aşkarlanıb. Eyni fəaliyyət davam edəcəksə, “Rus Evi”nin yenidən açılması üçün heç bir əsas yoxdur”, - ekspert qeyd edib.

Elxan Şahinoğlu xatırladıb ki, Qaluzin Kremlin “Tramp marşrutu” ilə bağlı xəbərdarlığını da Bakı və İrəvana ötürüb:
“Onun açıqlamasındakı “Tramp marşrutu”nun perspektivləri birmənalı deyil, bu layihə Rusiyanın iştirakından yalnız qazanardı”, “Tramp marşrutu"ndan İran çətin ki, məmnun olsun, güman etməyə əsas var ki, bu layihə Çini də qane etmir”, “Tramp marşrutu”nun Rusiya sərhədçiləri tərəfindən qorunan ərazidən keçməsi planlaşdırılır, buna görə də həm Rusiyanın, həm də Avrasiya İqtisadi İttifaqının fikirləri nəzərə alınmalıdır” kimi çoxsaylı cümlələr bundan xəbər verir.
Ukraynaya qarşı işğalçı müharibə aparan ölkə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən layihəyə mane olmaq istəyir və bu zaman nəqliyyat yolunu əngəlləmək məqsədilə müttəfiqlərini də “köməyə” çağırır.
Ermənistan Baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun tikintisinə başlamağa tələsməlidir, əks halda, Kreml Qaluzinin vasitəsilə səsləndirdiyi təxribatlarını həyata keçirmək istəyəcək”.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












