Rusiyada azərbaycanlı tələbənin qətli ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanın Rusiyadakı səfirliyi iyunun 13-də Volqoqrad şəhərində azərbaycanlı tələbənin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı səfirliyin mətbuat xidmətindən məlumat verilib:
“13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat səfirliyə daxil olan kimi tərəfimizdən dərhal ölkənin İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.
Bundan əlavə, cari ilin 14 iyun tarixində səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.
Bildiririk ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb və məsələ səfirliyin ciddi nəzarəti altındadır.
İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək”.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












