Rusiyadan İrəvana qarşı ikili siyasət: Putin təbrik edir, Medvedev sərt danışır

Politoloq Elxan Şahinoğlu Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının sədr müavini Dmitry Medvedevin Ermənistanın baş naziri Nikol Pashinyana münasibətini şərh edib.
Avtosfer.az xəbər verir ki, Rusiya rəhbərliyi daxilində Paşinyana münasibətdə fərqli tonların müşahidə olunması “yaxşı polis” və “pis polis” yanaşmasını xatırladır. Onun fikrincə, Putin bir tərəfdən siyasi mesajlar verərək İrəvanın seçim etməli olduğunu bildirir, digər tərəfdən isə diplomatik jestlər nümayiş etdirir.

Politoloq qeyd edib ki, Putin Paşinyanı ad günü münasibətilə təbrik edib, eyni zamanda Medvedevin sərt və tənqidi açıqlamaları diqqət çəkib. Bu iki fərqli yanaşma Kremlin Ermənistanla münasibətlərində ziddiyyətli görüntü yaradır.
Elxan Şahinoğlu əlavə edib ki, Rusiya daxilində bəzi media və siyasi şərhçilərin də Paşinyanla bağlı sərt ritorikaya yer verməsi müşahidə olunur. Onun sözlərinə görə, bu, ümumi siyasi xəttin müxtəlif platformalarda fərqli tonlarla ifadə olunması kimi görünür.
Putin Paşinyanı təbrik etməklə həm də Ermənistanın daxili siyasi prosesləri, o cümlədən yaxınlaşan seçkilərlə bağlı mövcud siyasi reallıqları nəzərə alır. O bildirib ki, Moskva İrəvanla münasibətlərdə mövcud siyasi balansı qorumağa çalışır və bu, qarşılıqlı asılılıq kontekstində izah oluna bilər.
Eltac Zülfüqaroğlu
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












