Rusiyalı ekspert: "Nikol Paşinyan öz problemlərindən diqqəti yayındırmaq istəyir"

“Bu atışmalar vasitəsilə Paşinyan ölkəni səmərəsiz idarə etmələrindən doğan problemlərdən diqqəti yayındıraraq xarici düşmən olaraq təqdim etdikləri Azərbaycana yönəltmək istəyirdi”. Bunu Rusiya bürosuna Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskin gərginləşməsi ilə bağlı vəziyyəti şərh edən rusiyalı jurnalist və hərbi ekspert İqor Korotçenko bildirib:
“Bu fənd məlumdur və dəfələrlə işə salınıb. Hazırda Paşinyan çox ağır daxili vəziyyətə düşüb, ona qarşı müxalifət partiyalarının vahid bloku yaranır. Ona qarşı hakimiyyəti qəsb etməkdə, ölkənin idarəçiliyindəki səriştəsizlikdə, koronavirusla mübarizəni yarıtmaz aparmaqda ittihamlar səsləndirilir. Belə bir vəziyyətdə Paşinyana ictimaiyyətin diqqətini öz problemlərindən yayındırıb xarici düşmənə yönəltmək lazımdır və fikrimcə, baş verənlərin başlıca səbəbi elə budur”.
“Sənin torpaqlarını atəşə tuturlarsa, cavab verməlisən. Ona görə də Azərbaycan Silahlı Qüvvələri cavab zərbə endirdilər. Bunun məhz cavab olduğunu vurğulamaq istərdim. Bununla belə münaqişəni diplomatik yollarla həll etmək üçün addımlar atmaq gərəkdir. Rusiya olaraq biz də bu sərhəd toqquşmasının böyük müharibəyə çevrilməyəcəyinə ümid edirik”, - ekspert fikirlərini diqqətə çatdırıb. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












