Rusiyalı həkimlərdən ibarət ikinci qrup Azərbaycana gələcək

Yaxın vaxtlarda Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi (FTBA) COVID-19 ilə mübarizədə azərbaycanlı həkimlərlə birlikdə “qırmızı zonada” işləyəcək mütəxəssislərin ikinci qrupunu Azərbaycana göndərəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə FTBA-nın məlumatında deyilir.
Bundan əvvəl Rusiya FTBA-nın baş infeksionisti Vladimir Nikiforov və baş pulmonoloqu Aleksandr Averyanov Bakıda və regionlarda koronaviruslu xəstələri qəbul etmək üçün profilləndirilmiş bir sıra xəstəxanalara baş çəkiblər. Agentliyin mütəxəssisləri Azərbaycanın tibb müəssisələrinin işini yüksək qiymətləndirib, kadrların yüksək səviyyəli olduğunu, tibb müəssisələrinin lazımi müasir avadanlıqlarla təchiz edildiyini vurğulayıblar.
FTBA mütəxəssislərinin fikrincə, Azərbaycanda epidemioloji proses adi qaydada davam edir.
“Koronavirus xəstələrinin idarə edilməsində Rusiyanın təcrübəsi bir qədər çoxdur, hər halda pandemiya Rusiyada daha əvvəl başlayıb. Hazırda bu xəstəliyi ən təsirli şəkildə həll etməyə imkan verən bir sıra tədbirlər hazırlanıb və bunları azərbaycanlı həkimlərlə bölüşdük. COVİD-19 xəstələrin müalicəsində prinsipial fikir ayrılıqlarımız yox idi. Sadəcə dərman preparatlarının yazılması məsələsində xırda düzəlişlər etdik”, - Rusiya FTBA-nın baş infeksionisti Vladimir Nikiforov deyib.
Rusiyalı tibb işçiləri həmçinin Azərbaycan mütəxəssislərin istifadə etdiyi bəzi metodikalarla da yaxından maraqlanıblar.(report)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










