Rüşvət aldığı yerdə videoları çəkilən məmurlara hökm oxundu - VİDEO

Rüşvət alarkən videoları çəkilən məmurlara hökm oxunub.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət alan zaman həbs edilən Anar Poladov, Səbuhi Rzayev və Afiq İbayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Anar Poladov və Səbuhi Rzayev 8 il 6 ay, Afiq Babayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. A.Babayev məhkəmə zalında qandallanıb.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Anar Poladov və həmin şöbənin baş məsləhətçisi olmuş Səbuhi Rzayev iş başında rüşvət alan zaman saxlanılıblar. Həmin görüntülərdə A.Poladov və S.Rzayevin vətəndaşdan rüşvət aldıqları əks olunub. Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin birgə yaydığı məlumata əsasən, hər iki şəxs 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb.
Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
"Qafqazinfo"
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR











