Sabahdan yeni cərimələr tətbiq ediləcək? - AÇIQLAMA

Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərərək əmlakını sığortalamayanların iyunun 1-dən cərimələnəcəyini bildirirlər. Bu məsələ ilə bağlı müraciətlərin sayının çox olduğunu nəzərə alaraq bildirmək istərdik ki, mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil.
Avtosfer.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulsa da, bu cərimələr artıq xeyli müddətdir qüvvədədir, yəni onun 1 iyun tarixi ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edək ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.
“Daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minməsinə baxmayaraq, sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki, icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər. Bununla belə, sığorta mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb, son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Bu, təbii olaraq, imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin”, - deyə o qeyd edib.
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi











