Sahibsiz avtomobillərin taleyi necə olacaq? – EKSPERT AÇIQLADI

Azərbaycanda sahibsiz avtomobillərin utilizasiyaya verilməsi ilə bağlı qanunda dəyişiklik edilib. Bəs hansı maşınlar sahibsiz sayılır?
Avtosfer.az-ın rəhbəri ekspert Elməddin Muradlı bildirib ki, illərdir cərimə meydançalarında, məhəllələrdə, küçələrdə tərk edilmiş avtomobillər var. “Qanunda belə halların müddəası müəyənləşdirilib və həmin müddətə uyğun olaraq hesablanma aparılmalıdır. Sözsüz ki, avtomobilin sahibi Mərkəzi İnformasiya vasitəsi ilə müəyyən oluna bilər. Cərimə meydançalarında 20 ilə yaxın atılmış maşınlar var və onların yığışdırılması mütləqdir.”
Elməddin Muradlı bildirib ki, bəzi maşınlar var içərisində toyuq-cücə saxlanılır, lakin Mərkəzi İnformasiya sistemində həmin maşın istismar olunan avtomobil kimi qeyd olunub. “Vətəndaşlar özləri başa düşməlidirlər ki, belə hallar yol verilməzdir. Utilizasiya prossesi onların xeyrinədir, istismara yararsız avtomobilləri vətəndaş könüllü şəkildə gətirib təhvil verməlidir.”
Nurlan Sakitoğlu
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












