Sakinlər kafelərdən narazıdır: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO

Bakının Xəzər rayonunda sakinlər bir sıra kafelərin fəaliyyətindən narazıdırlar.
Bu barədə Oxu.az-a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib.
Daha dəqiq desək, söhbət Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, kafelərdə qeyri-etik davranışlara yol verilir:
“Hər gün axşam saatlarında, xüsusilə gecə həmin ərazidən yüksəkdən danışıq, mübahisə və dava-dalaş səsləri gəlir. Hətta oradan çıxan sərxoş müştərilər magistral yolun ortası ilə gedərək nalayiq sözlər işlədirlər. Sərxoşlar sakinlərin qapılarından tualet kimi istifadə edirlər. Biz etiraz bildirəndə isə söyür, təhqir edirlər. Gecə saatlarında qadınların qışqırıq səslərindən, nalayiq sözlərindən yuxumuz ərşə çəkilib. Əraziyə yaxın yerdə 216 saylı tam orta məktəb də var. Bu vəziyyət o yoldan istifadə edən uşaqlar üçün də yaxşı hal hesab edilmir”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən həmin kafedə gecə saatlarında musiqinin yüksək tonla səsləndirilməsi və digər neqativ hallarla bağlı ətrafda yaşayan sakinlərdən daxil olan şikayətlər nəzərə alınıb:
“Aidiyyəti üzrə obyektin yerləşdiyi ünvanda Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbir keçirilib. Tədbir zamanı kafedə bir sıra qanun pozuntuları və ictimai asayişin pozulması halları aşkar olunub. Bu səbəbdən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilib və kafenin fəaliyyəti dayandırılıb”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












