Saleh Məmmədov: “Bu il Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsi başa çatdırılacaq”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsinin başa çatdırılmasını hədəfləyir.
Avtosfer.az xəbər verir ki, bunu AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan” qəzetində dərc edilən “Zəfər yollarının qüdrətli qurucusu” adlı yazısında deyib.
S.Məmmədov, o cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşasının həyata keçirildiyini bildirib:
“Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2 300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur”.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci il oktyabrın 3-də uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu, 2021-ci il noyabrın 7-də uzunluğu 101,5 km olan Zəfər yolu istifadəyə verilib. 2022-ci ilin oktyabrında Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin, 2023-cü ilin mayında isə 8,2 kilometrlik hissəsinin açılışı olub. 2022-ci ildə, həmçinin Laçın şəhərinə daxil olmadan 22 km-lik yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırılıb. 2023-cü ilin may ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisi tam yerinə yetirilib. Eyni zamanda Zəngəzur dəhlizinin mühüm elementi olan 123,6 km-lik 1-ci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd layihəsi üzrə işlərin böyük hissəsi artıq görülüb.
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur










