Şəhərin mərkəzində qanunsuz parkinq təşkil edilir – İcra Hakimiyyəti məsuliyyətdən yayınır? - FOTOSESSİYA

Xan Şuşinski və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində yeni tikilən binanın qarşısında da parklanma yeri eyni prinsiplə yaradılır. Amma piyadaların rahatlığının pozulması, təhlükəsizliyi heç kimi düşündürmür.
Son illər ölkəmizdə yeni tikilən göydələnlərin əlavə qazanc üçün bir-birilə yersiz rəqabəti qanunsuzluqlarla nəticələnir. Belə ki, yeni tikilən binanın qarşısında parklanma yeri yaradılırsa, həmin binanın prestiji artmış hesab olunur. Bu halda obyekt sahibi binanın alt mərtəbələrində yerləşən qeyri-yaşayış sahələrini baha qiymətə sata, yaxud asanlıqla icarəyə verə bilər.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda təzəcə tikintisi başa çatan göydələnin qarşısındakı səki binanın sahibləri tərəfindən özəlləşdirilib.
Xan Şuşinski və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində daha əvvəl genişliyi ilə diqqət çəkən səkinin böyük bir hissəsi kəsilərək parklama yeri təşkil etmək niyyəti ilə zəbt edilib. Onsuz da uzun müddətdir səkinin davamındakı ərazi yeni tikinti nəzərdə tutulduğu üçün kəsilib. Yenidən səkinin böyük hissəsinin kəsilməsi sakinlərin hərəkətini çətinləşdirir.
.jpg)
Qanunsuz parklama yerinin təşkili ilə əlaqədar, vətəndaşlar səkidə hərəkət edə bilmədikləri üçün yolun avtomobillər üçün nəzərdə tutulunan hissəsinə çıxmağa məcbur olurlar.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı. Fotoları sosial şəbəkələrdə yayılan ərazinin sakinləri problemin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsini və həllini xahiş ediblər.
Səfər
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...



















