Səhiyyə Nazirliyindən PUBG oyunları ilə bağlı valideynlərə XƏBƏRDARLIQ

“PUBG oyunlarında məktəblilər kiberbullinq şəklində müəyyən təzyiqlərə məruz qalırlar. Bu zaman onlar dolayı şəkildə təhqir olunurlar”. Avtosfer.az xəbər verir ki, bunu Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı deyib. O qeyd edib ki, yaşıdları bunu oyun kimi təqdim edib əsas mahiyyətdən yayınırlar: “Bəzən valideyn övladının dediklərini ciddi qəbul etmir. Nəticədə növbəti dəfə uşaq məktəbdə baş verən hadisələri evdə danışmır. Hətta bəzən valideynlər övladının şikayətini acizlik kimi qəbul edir. Qız övladlarını daha çox günahlandırırlar. Özünə zərər vuran şagirdi psixoloq yanına gətirəndə uşaq bizə deyir ki, vaxtında valideynimə bu barədə deyəndə mənə dəstək olmadı. Ona görə də uşaqlar valideyndə qıcıq yaradacaq hərəkətlər edirlər”.
Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova isə əlavə edib ki, qadağa qoyulmayan uşaqlar daha çox özünü bullen kimi təqdim edir: “Hesab edirlər ki, onlara heç vaxt olmaz deyilməyib və istədikləri hər şeyi rahat edə bilərlər. Valideyn övladı ilə dost olmalıdır. Məktəbdə nə baş veribsə, övladı mütləq şəkildə valideyninə bu barədə ətraflı danışmalıdır. Baş verən hadisə barədə panikaya düşmək lazımdır. Məsələ həll oluna bilərsə, məktəb rəhbərliyi və ya müəllimlə həll etməlidir. Ciddi məsələ olacağı təqdirsə isə bunu ört-basdır etmək lazım deyil”.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












