Şəkidə iki gün öncə yol qəzasında xəsarət alan gənc xəstəxanada ölüb

Şəkidə iki gün əvvəl baş verən ağır yol qəzasında xəsarət alan 19 yaşlı gənc xəstəxanada ölüb. 2001-ci il təvəllüdlü, Şəki rayonu Baş Zəyzid kənd sakini Həsən Nadir oğlu Əhmədov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.
Qeyd edək ki, iyun ayının 13-ü axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü Elçin Yaqub oğlu Məmmədovun idarə etdiyi “Qaz 3321” markalı yük maşını ilə Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Şirxan Rafiq oğlu Mikayılovun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili toqquşub. Qəza zamanı minik avtomobilində olan sərnişinlər - Şəki rayonunun Baş Zəyzid kənd sakinləri – 2001-ci il təvəllüdlü Həsən Nadir oğlu Əhmədov, 2000-ci il təvəllüdlü Ceyhun Elman oğlu İsayev, 2003-cü il təvəllüdlü Mustafa Kazım oğlu Salmanlı və Vərəzət kənd sakini, 2003-cü il təvəllüdlü Turqut Hakim oğlu İsgəndərov xəsarət almışdılar. Yaralılardan Həsən Əhmədova Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Bakıya göndərilmişdi. Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdılar.
Faktla bağlı araşdırma aparılır. (APA)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











